sentyabrın 20-si, Səid Mətinpurun ad günü, Güney Azərbaycan Siyasi Dustaqlar Günü olaraq seçildi
01.01.0001 00:00:00
Azərbaycan milli hərəkətinin verdiyi bəyanata əsasən və xaricdəki Azərbaycan milli hərəkəti fəallarının gəldiyi sonuca əsasən , 20 sentyabr, Güney Azərbaycan Siyasi Dustaqlar Günü olaraq seçilmişdir.
Bu gün həm Güneydə, Səid bəy Mətinpura ad günü keçirildiyində həm də xaricdəki fəallar tərəfindən qeyd olunmuşdur.
Hadi Qaraçayın, Səid Mətinpura ithaf etdiyi şeir kitabı işıq üzü görüb
01.01.0001 00:00:00

son günlər Güney Azərbaycanda, Hadi Qaraçayın “Tamudan gələn səslər” adlı şeir kitabı yayımlanmışdır.  Sərbəst şeirləri içərən bu Kitab, Latın qrafıkasındadır.  Dəyərli şair Hadi Qaraçay, bu Kitabı milli mübariz, Səid Mətinpura ithaf etmişdir.   Ramin Cabbarlının yayımçılığı ilə hazırlanıb nəşr olan bu Kitab, 1000 tirajda çap edilmişdir.

Sayın şairimiz Hadi Qaraçayı təbrik edərək , Səid Mətinpura azadlıq diləyirik.

Səid Mətinpur üçün
01.12.2010 00:00:00
Yutube saytında Səid Mətinpurun qurtuluşu üçün keçirilmiş bir aksiyondan bölmələr.
London
Qoşuq. Səid Mətinpurun anısına
01.12.2010 00:00:00
Hadi Qaraçay
Səid Mətinpurun Anısına

Ağdənizin ışıqlarını səninçün gətirtdirmişəm

Yaxın gəl

Gözəlliyindən bizə də pay ver



“Ettelaat” Səid Mətinpurun müalicəsinə imkan vermir
01.01.0001 00:00:00

Hazırda Tehrandakı Evin həbsxanasında saxlanılan güneyli jurnalist Səid Mətinpurun müalicə olunmasına icazə verilmir. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, buna səbəb “Ettelaat”ın  göstərişidir. Martın 8-də həbsxanada Səid Mətinpurla görüşən anası “Zəncan Səsi”nə bildirib ki, oğlunun müalicəsi üçün səlahiyyətli şəxslərə müraciət ediblər:

Almaniyada Güneyli Məhbus Səid Mətibpurla bağlı İmzatoplama Kompaniyası başlayıb
10.03.2009 00:00:00

GünAzTv: Almaniyanın Heydelberq şəhərində 2010-cu il Mart ayının 7-də (İsfəndin 16-ı) hazırda İranda həbsdə saxlanılan cənab Səid Mətinpur və digər Güney Azərbaycanlı məhbuslarla bağlı İmzatoplama Kompaniyası start götürüb.

Səid Mətinpuru Evin zindanında ölüm təhlükəsi hədələyir
02.12.2009 00:00:00

 İnformasiya vasitələrinin verdiyi məlumata görə, Tehranda yerləşən Evin zindanında iki siyasi kişi məhbusu -- 30 və 60 yaşında vəfat ediblər. Verilən məlumatda bildirilir ki, hər iki siyasi məhbusun zindanda müalicəsinə maneə törədilib və elə bu səbəbə görə də onlar həyatların itiriblər. Bundan əlavə, xəbardarlıq edilir ki, Evin zindanında bir neçə siyasi məhbusu ölüm təhlükəsi hədələyir. Bir tərəfdən bu siyasi məhbuslar uzun zaman cismi və ruhi işgəncəyə məruz qalıblar və zindanda səhiyyə xidmətinin pis təşkil olmaması səbəb olub onlar ağır xəstəliyə düçar olalar.

Səid Mətinpur Evin zindanına salınıb
2009/07/12 12:00:00 ق.ظ
Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur həbs edilərək Tehranın Evin zindanına salınıb.