sentyabrın 20-si, Səid Mətinpurun ad günü, Güney Azərbaycan Siyasi Dustaqlar Günü olaraq seçildi
01.01.0001 00:00:00
Azərbaycan milli hərəkətinin verdiyi bəyanata əsasən və xaricdəki Azərbaycan milli hərəkəti fəallarının gəldiyi sonuca əsasən , 20 sentyabr, Güney Azərbaycan Siyasi Dustaqlar Günü olaraq seçilmişdir.
Bu gün həm Güneydə, Səid bəy Mətinpura ad günü keçirildiyində həm də xaricdəki fəallar tərəfindən qeyd olunmuşdur.
Hadi Qaraçayın, Səid Mətinpura ithaf etdiyi şeir kitabı işıq üzü görüb
01.01.0001 00:00:00

son günlər Güney Azərbaycanda, Hadi Qaraçayın “Tamudan gələn səslər” adlı şeir kitabı yayımlanmışdır.  Sərbəst şeirləri içərən bu Kitab, Latın qrafıkasındadır.  Dəyərli şair Hadi Qaraçay, bu Kitabı milli mübariz, Səid Mətinpura ithaf etmişdir.   Ramin Cabbarlının yayımçılığı ilə hazırlanıb nəşr olan bu Kitab, 1000 tirajda çap edilmişdir.

Sayın şairimiz Hadi Qaraçayı təbrik edərək , Səid Mətinpura azadlıq diləyirik.

Səid Mətinpur üçün
01.12.2010 00:00:00
Yutube saytında Səid Mətinpurun qurtuluşu üçün keçirilmiş bir aksiyondan bölmələr.
London
Qoşuq. Səid Mətinpurun anısına
01.12.2010 00:00:00
Hadi Qaraçay
Səid Mətinpurun Anısına

Ağdənizin ışıqlarını səninçün gətirtdirmişəm

Yaxın gəl

Gözəlliyindən bizə də pay ver



“Ettelaat” Səid Mətinpurun müalicəsinə imkan vermir
01.01.0001 00:00:00

Hazırda Tehrandakı Evin həbsxanasında saxlanılan güneyli jurnalist Səid Mətinpurun müalicə olunmasına icazə verilmir. www.D-A-K.org –un GünAzTV-yə istinadən yaydığı məlumata görə, buna səbəb “Ettelaat”ın  göstərişidir. Martın 8-də həbsxanada Səid Mətinpurla görüşən anası “Zəncan Səsi”nə bildirib ki, oğlunun müalicəsi üçün səlahiyyətli şəxslərə müraciət ediblər:

Almaniyada Güneyli Məhbus Səid Mətibpurla bağlı İmzatoplama Kompaniyası başlayıb
10.03.2009 00:00:00

GünAzTv: Almaniyanın Heydelberq şəhərində 2010-cu il Mart ayının 7-də (İsfəndin 16-ı) hazırda İranda həbsdə saxlanılan cənab Səid Mətinpur və digər Güney Azərbaycanlı məhbuslarla bağlı İmzatoplama Kompaniyası start götürüb.

Səid Mətinpuru Evin zindanında ölüm təhlükəsi hədələyir
02.12.2009 00:00:00

 İnformasiya vasitələrinin verdiyi məlumata görə, Tehranda yerləşən Evin zindanında iki siyasi kişi məhbusu -- 30 və 60 yaşında vəfat ediblər. Verilən məlumatda bildirilir ki, hər iki siyasi məhbusun zindanda müalicəsinə maneə törədilib və elə bu səbəbə görə də onlar həyatların itiriblər. Bundan əlavə, xəbardarlıq edilir ki, Evin zindanında bir neçə siyasi məhbusu ölüm təhlükəsi hədələyir. Bir tərəfdən bu siyasi məhbuslar uzun zaman cismi və ruhi işgəncəyə məruz qalıblar və zindanda səhiyyə xidmətinin pis təşkil olmaması səbəb olub onlar ağır xəstəliyə düçar olalar.

Səid Mətinpur Səid Mətinpur Evin zindanına salınıb
2009/07/12 12:00:00 ق.ظ
Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur həbs edilərək Tehranın Evin zindanına salınıb.
Son Yazılar
Türkcə
01.01.0001 00:00:00

Türkcə

(Səid bəy Mətinpurun əlimizdə olan son yazısı)

Bir kamançanın, bir qopuzun, bir trompetin, bir balabanın səsinə yetişəndə eləbil dünya durur. Bir an bütün səslər, bir səsdən başqa qulağımda batır, bir anda bütün pislikləri, bütün ruhumda quylanan acıları, acımaları unudub bir səslə birləşirəm. Türkcə də belə məndə başlandı. Onu bir dil kimi bir yazıb yaradan kimi tapdığımda başqa bir şeylərə gözüm yumuldu. Dünyaya bu dillə baxmağa başladım.

Bu dil dünyaya pəncərə ola bilərmi? Dil pəncərə olmasa da dilsiz dünya bu günkü dünya deyildi. İnsanın dünyası dil ilə düşünülüb dil ilə anladılır, amma mənim sorğum bu deyildi. Türkcə mənim gözümü açdı. O gündən gün yoxdur soruşmayam nə üçün bu dildə yazıb-oxumanı öyrətmədilər? nə üçün özüm bu işə başlamadım? Nə üçün bu dildə danışan millətin tarixi ortaya qoyulmur? Bu millət hansı mədəni durumu yaşayır?

Budur dil; Varlığın pəncərəsiz ucqarı
01.01.0001 00:00:00

Güney Azərbaycan Siyasi Dustaqlar Günü munasibəti ilə Səid bəy Mətinpura sunuram

Budur dil; Varlığın pəncərəsiz ucqarı

Abbas bəy Leysanlının, iş yerində idim. Bir iki ay idi azad olduğu. Telefon zəng çaldı. Birisi: “Tapınmaq nə anlamdadır?” sordu. Tapınmaq haqqında açıqlama verdi. Uşaqlardan idimi? sordum “Heç bilmədim kim olduğunu, gündə belə zənglər çox olur” deyə cavab verdi.

TÜRK MİLLƏTÇİLİYİ: BİR İTTİFAQ ARASINDA YOL
23.12.2007 00:00:00

Doqquz il bundan qabaq Tehranda oxuyarkən, dostlarımdan biri məni iranşünaslıq fondlarından birinə aparmışdı. Orada diqqəti çəkən şeylər çox idi: fond sədrinin «salam» sözünə allergiyasından və ona müraciət edənlərin hamısından «dorud be» («salam» mənasındadır, əsil fars sözü sayılır – M.M.) sözünü gözləməsindən tutmuş həmin fondda ermənilərin ciddi fəaliyyətinə, Mədəniyyət naziri Ətaullah Mühaciraninin, prezident Xatəminin və xaricdə, məsələn, Avstraliyada yaşayan iranlıların ona yardımlarına qədər.

Səid Metinpura Açıq iləti
2009/02/05 12:00:00 ق.ظ

Əsənliklər qocamış
oralarda dərgi olmaz, olsa da türkcəsi olmaz. Yerin boş, bü gün Günter Grasdan bir qoşuq oxudum. Adını belə eşitmədiyin Ülkər adlı gənc bir qızın çevirisində. Adı, "Albalılar" . Bu albalı ağaclarıyla birlikdə adamın beyninə yekəli xırdalı min ad yügürməyə başlayır. . .
Səid Mətinpuru anırkən
2009/02/05 12:00:00 ق.ظ

Hardasa torpağa göz tikərək səndən bir əsgər yaradırlar, başqa bir yerdə də kültürünü pozurkən yazıçı olmağa sürüklənirsən, və sən yazıçı bir əsgərsən
Azərbaycanlı insan hüquqları aktivisti və jurnalist Səid Mətinpur səkkiz illik həbsə məhküm olmuş, Evin həbsxanasında saxlanılır. Mətinpur həzm problemləri ilə yanaşı ciddi sağlamlıq problemləri vardır, mədə qan axması, bel ağrısı, ürək xəstəliyi və ciddi başağrıları. Baxmayaraq ki, sağlamlıq durumu sürətlə pisləşir, onun həkimə getməsinin önünü alırlar. 2007- ci ilin May ayında, Səid Mətinpur Zəngan-da həbs edildi. O, 278 gün təkadamlıq kamerada saxlanlandıq və işkəncələrə məruz qaldıqdan sonra 5 milyard Rial (500 000 $) girovla müvəqqəti olaraq azad edildi. Səid bəyi, Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi 8 il azadlıqdan məhrum edib. Səid Mətinpur, Məhkəmədə tutuqlanaraq bir başa Evin Həbsxanasına göndərilmişdir. Amnesty İnternational inanır ki, Səid Mətinpuru vicdan dustağı və onun saxlanma səbəbini məhz İrandakı Azərbaycanlıların uğrunda apardığı dinc çalışmalardan ötəri olduğunu bildirmişdir. Səid Mətinpur öncələr də yaxalanmışdır və bu da yetgililərin Azərbaycan Türkcəsində eyitimin qadağan etməsinə qarşı durmaqdan irəli gəlmişdi. Səid Mətinpur İran Azərbaycanlılarının dil və mədəni haqlarının qahmar çıxanıdır (advocate). Eləcə də Mərdüm-i-növ və başqa yerli dərgilərdə yayımladığı məqalələrdə İran yetgililərinin Azərbaycan azlığına qarşı yürütdükəri basqını tənqid etmişdir. Səid Mətinpur vaxtı ilə Tehran bilimyurdunda Fəlsəfə üzrə təhsil almış."Yarpaq", "moc-e- bidari"(oyanış dalğası) kimi həftəliklərin redaksiya heyətində çalışmışdır.


.::bizlə ilgi::.